EN

Mirzoyan: "Sülh sazişinin dərc olunması spekulyasiyalara son qoyacaq"

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın fikrincə, Ağ Evdə Sülh və Dövlətlərarası Münasibətlərin qurulması haqqında Sazişin paraflanması ilə Cənubi Qafqazda sülhün institusionallaşması mərhələsi başlayır.

Oxu.Az xəbər verir ki, bu barədə o, Ermənistan mətbuatına müsahibəsində bildirib.

O bildirib ki, Sazişin mətni sabah dərc ediləcək. XİN rəhbəri əmin olduğunu bildirib ki, sənədin dərci gələcək spekulyasiyalara son qoyacaq.

Chosen
33
8
demokrat.az

10Sources