EN

Mirzoyan: Sülh sazişinin dərc olunması spekulyasiyalara son qoyacaq

ain.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın fikrincə, Ağ Evdə Sülh və Dövlətlərarası Münasibətlərin qurulması haqqında Sazişin paraflanması ilə Cənubi Qafqazda sülhün institusionallaşması mərhələsi başlayır.

Oxu.Az xəbər verir ki, bu barədə o, Ermənistan mətbuatına müsahibəsində bildirib.

O bildirib ki, Sazişin mətni sabah dərc ediləcək. XİN rəhbəri əmin olduğunu bildirib ki, sənədin dərci gələcək spekulyasiyalara son qoyacaq.

"Avqustun 11-də, Azərbaycan tərəfi ilə razılaşdığımız kimi, paraflanmış sazişin mətni dərc olunacaq. Sağlam düşüncə baxımından o andan bütün spekulyasiyalar sadəcə olaraq dayanacaq", - nazir qeyd edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
39
50
oxu.az

10Sources