EN

BƏƏ Prezidenti İlham Əliyevi təbrik etdi

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan Prezident İlham Əliyevin ABŞ-yə səfəri çərçivəsində əldə olunmuş nəticələrlə əlaqədar Azərbaycan liderini təbrik edib.

Publika.az xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti avqustun 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə telefon danışığında bunun tarixi xarakter daşıdığını qeyd edib.

Telefon danışığı əsnasında Azərbaycan ilə BƏƏ arasında enerji, o cümlədən bərpaolunan enerji sahəsində uğurlu əməkdaşlıq qeyd edilib, qarşılıqlı sərmayələrlə bağlı fikir mübadiləsi aparılıb.

Chosen
65
6
publika.az

9Sources