EN

Prezident İlham Əliyev Şeyx Məhəmməd bin Zayed Al Nəhyana zəng edib

Bakı. Trend:

Avqustun 10-da Azərbaycan Respublikasının Prezidenti İlhamƏliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd binZayed Al Nəhyana zəng edib.

Trend xəbər verirki, telefon danışığı zamanı Azərbaycan ilə BƏƏ arasında əlaqələrindostluq və qardaşlıq xarakteri daşıdığı qeyd olunub. Dövlətimizinbaşçısının BƏƏ-yə sonuncu səfəri və Prezident Şeyx Məhəmməd binZayed Al Nəhyan ilə görüşü məmnunluqla xatırlanıb.

Prezident İlham Əliyevin ABŞ-a səfəri çərçivəsində AzərbaycanPrezidenti və Ermənistanın Baş naziri tərəfindən ABŞ Prezidentininşahidliyi ilə imzalanmış bəyannamənin və digər sənədlərin önəmivurğulanıb, bütün bunların regionda davamlı sülhün, sabitliyin vəçiçəklənmənin təmin olunması baxımından əhəmiyyəti qeyd edilib. Bunəticələrin əldə edilməsində ABŞ Prezidenti Donald Trampın xüsusirolu yüksək qiymətləndirilib.

Dövlətimizin başçısı əldə olunmuş razılaşmalarda bu ilin iyulayında Əbu-Dabidə Azərbaycanla Ermənistan arasında keçirilmişikitərəfli görüşün əhəmiyyətinə toxunub və buna görə Prezident ŞeyxMəhəmməd bin Zayed Əl Nəhyana təşəkkürünü bildirib.

Prezident Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan əldə olunmuşnəticələr ilə əlaqədar dövlətimizin başçısına təbriklərini çatdırıbvə bunun tarixi xarakter daşıdığını qeyd edib.

Telefon danışığı əsnasında Azərbaycan ilə BƏƏ arasında enerji, ocümlədən bərpaolunan enerji sahəsində uğurlu əməkdaşlıq qeydedilib, qarşılıqlı sərmayələrlə bağlı fikir mübadiləsiaparılıb.

Dövlətimizin başçısı Prezident Şeyx Məhəmməd bin Zayed AlNəhyanı Azərbaycana səfərə dəvət edib. Dəvət məmnunluqla qəbulolunub.

Chosen
46
50
az.trend.az

8Sources