Bakıda evi tərk edən uşaq polis əməkdaşları tərəfindən tapılıb...
Poliqon-un məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyinin bölmə rəisi Nurlan Əliyev xəbər verib.
“Nəsimi rayonu ərazisində polis əməkdaşları tərəfindən valideynindən xəbərsiz yaşadığı ünvandan çıxan uşaq tapılıb. 7 yaşlı Abbasov Yusif Nurxan oğlu dediyinə görə Sabunçu rayonunda yaşayır. Hazırda uşaq polis nəzarətindədir”, - N.Əliyev bildirib.
Poliqon.info