BAKI, 10 avqust. TELEQRAF
İsrailin Təhlükəsizlik Kabineti orduya HƏMAS-ın Qəzza şəhərində və zolağın mərkəzində yerləşən son iki sığınacağını dağıtmağı əmr edib.
Teleqraf xəbər verir ki, bu bəyanatla mətbuat konfransında çıxışı zamanı İsrailin Baş naziri Binyamin Netanyahu çıxış edib.
O həmçinin İsrailin Qəzzada apardığı əməliyyatların məqsədinə toxunub.
“İsrailin məqsədi Qəzza zolağını işğal etmək deyil, Fələstin anklavını radikal HƏMAS hərəkatından azad etməkdir”, - Netanyahu deyib.
Onun sözlərinə görə, HƏMAS silahı yerə qoyacağı və qalan bütün girovları azad edəcəyi təqdirdə, müharibə elə sabah bitə bilər.
Bununla belə, baş nazir HƏMAS silahlılarının bundan imtina etdiyini diqqətə çatdırıb.