“Milan” “Mançester Yunayted”in hücumçusu Rasmus Hoylundun transferi ilə bağlı danışıqlara başlayıb.
90deqiqe.Az-ın məlumatına görə, “rossoneri” 22 yaşlı forvardı 6 milyon avroya icarəyə götürməyə və müqaviləyə 45 milyon avroya alış seçimini daxil etməyə hazırdır. Həmçinin, İtaliya nəhəngi gələn mövsüm Høylundun əmək haqqını tam şəkildə qarşılayacaq.
Bildirilib ki, danimarkalının özü “qırmızı şeytanlar”ı tərk etmək istəmir.
Hücumçu 2023-cü ilin yayından “Mançester Yunayted”də çıxış edir. Bu müddət ərzində o, bütün turnirlərdə 95 matça çıxaraq 26 qol vurub və 6 məhsuldar ötürmə edib. Futbolçunun klubla cari müqaviləsi 2028-ci ilin yayına qədər nəzərdə tutulub. Transfermarkt portalına əsasən, onun bazar dəyəri 35 milyon avrodur.