EN

“Lans” Florian Tovenlə gücləndi

“Lans” 32 yaşlı fransız hücumçu Florian Toveni “Udineze”dən tamhüquqlu əsasda “qan-qızılılar”ın heyətinə qatıb.

Arena.az bu barədə Fransa klubunun mətbuat xidmətinə istinadən məlumat verir.

Tərəflər 3 illik – müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıblar.

Keçid “Lans”a 6 milyon avro məbləğ müqabilində başa gəlib.

Florian Toven “Qrenobl”ın məzunudur. Hücumçu, karyerası ərzində “Bastiya”, Marsel “Olimpik”i, “Nyukasl”, “UANL Tiqres” və “Udineze”də çıxış edib.

Geridə qalmış mövsümdə Toven “Udineze” üçün 26 oyuna çıxıb, 9 qol və 5 məhsuldar ötürmə ilə fərqlənib.

Florian Toven 2017-ci ilin iyun ayında debüt etdiyi Fransa yığmasının heyətində 10 oyuna 1 qol və 1 məhsuldar ötürmə ilə fərqlənib.

“Transfermarkt” internet-portalı 32 yaşlı fransız hücumçunun transfer dəyərini 30 milyon avro məbləğində qiymətləndirir.

Chosen
64
arena.az

1Sources