EN

Florian Virts Almaniyada ilin futbolçusu seçildi

Yay transfer pəncərəsində “Bayer”dən “Liverpul”a keçən yarımmüdafiəçi Florian Virts Almaniyada ilin futbolçusu adına layiq görülüb.

90deqiqe.Az-ın məlumatına görə, bu titul "Kicker" nəşrinin hər il idman jurnalistləri arasında keçirdiyi sorğunun nəticələrinə əsasən müəyyənləşib.

Səsvermədə Almaniya pasportu olan futbolçularla yanaşı, Bundesliqada çıxış edən istənilən millətdən oyunçular iştirak edir.

Nəticələrə görə, Virts 191 səs toplayaraq birinci olub. “Bavariya”nın yarımmüdafiəçisi Maykl Olise 81 səslə ikinci, “Ştutqart”ın hücumçusu Nik Voltemade isə 71 səslə üçüncü yeri tutub.

Ötən mövsüm 22 yaşlı Virts bütün turnirlərdə 45 oyunda iştirak edərək 16 qol vurub və 15 qolun ötürməsini verib.

Qeyd edək ki, ötən il Virts bu nominasiyada ikinci olmuş və Toni Kroosa uduzmuşdu.

Chosen
30
90deqiqe.az

1Sources