EN

İkardidən Türkiyə ilə bağlı etiraflar

Ötən mövsümün gedişində aldığı ağır zədədən sonra uzun müddətdi, yaşıl meydandalara həsrət qalan, amma məşqləri artıq bərpa edən Mauro İkardi vətəni Argentinada yayınlanan ''Telefe'' kanalına açıqlamalar verib.

''Qalatasaray''ın ulduzu Türkiyədə həm futbola, həm də özünə olan sevgidən bəhs edərək maraqlı etirafları ilə diqqət çəkib:
''Türkiyədə fanatiklik inanılmaz səviyyədədi. Mən əslində hər zaman bu mövzuda söhbət düşəndə argentinalı fanatları misal çəkirdim. Bizim ölkədə də insanlar çox fanatikdi. Amma Türkiyədə tamam başqa səviyyədədi. Hər gün məşqlərə çıxıram. Yeni bazamız evimdən 10 dəqiqəlik məsafədə yerləşir. İnsanların əlindən küçəyə çıxmaq olmur. Səni görən kimi üstünə gəlirlər. Ya şəkil çəkdirmək, ya da imza istəyirlər. Bunun həm yaxşı, həm də pis tərəfi var. İstər oyun vaxtı, istər məşqdə, istərsə də küçədə insanların sevgisini görmək xoşdu. Hətta məşqlərimizə belə maraq böyük olur. Harasa gedəndə sürücüm və cangüdənimlə gedirəm. Çalışıram, birbaşa getmək istədiyim yerə gedim və dərhal da ordan ayrılım. Bu ölkə turistlər üçün də gözəl məkandı. Burda yaşaya bilmək insana zövq verir. Yeni bazamızda hər cür şərait var. Stadiona da yaxındı. Artıq demək olar, həyatımızın hər günü burda keçir. Zədələndikdən sonra uzun müddət Argentinada qaldım. Buralar üçün, geri dönmək üçün darıxmışdım. Eləcə də məşqlər və oyunlar üçün darıxmışdım. Hələ ki, həkimlər oynamağıma icazə vermir. Amma 1-2 aya oynaya biləcəm''.
Chosen
8
1
football-plus.az

2Sources