"Mançester Siti"nin yeni transferi Ticani Reynders dünən keçirilən "Palermo" ilə yoxlama oyununda dubl edib.
Offsideplus.az xəbər verir ki, "şəhərlilər"in baş məşqçisi Pep Qvardiola niderlandlı yarımmüdafiəçini tərifləyib:
"Biz Reyndersin rəqibin cərimə meydançasında nə qədər təsirli olduğunu bilirik. O, bu gün iki qol vurdu və İtaliyadakı insanlar onun bu baxımdan nə qədər yaxşı olduğunu artıq bilirlər. O, müdafiənin qarşısında da oynaya bilər, lakin hücumçulara kömək etməyə üstünlük verir".
Qeyd edək ki, MS 26 yaşlı futbolçu üçün "Milan"a 55 milyon avro ödəyib.