Biz Ermənistan və Azərbaycan liderləri tərəfindən razılaşdırılmış tarixi bəyannaməni böyük məmnunluqla alqışlayırıq.
Axar.az xəbər verir ki, bu barədə Polşa Xarici İşlər Nazirliyindən bildirilib.
“ABŞ-ın dəyərli dəstəyi ilə əldə edilən razılaşma suverenlik və ərazi bütövlüyünə qarşılıqlı hörmət əsasında regionda sabitliyə və davamlı sülhə yol açır”, - bəyanatda qeyd olunub.