Avqustun 9-u saat 08:30 radələrində İsmayıllı rayonu ərazisində baş verən yol nəqliyyat hadisəsi səbəbilə 3 nəfər (2-si qadın, 1-i kişi cinsli) İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Referans xəbər verir ki, bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
1964-cü il təvəllüdlü şəxsə (kişi cinsli) döş qəfəsinin və çanağın qapaıı travması, 1966-cı il təvəllüdlü şəxsə isə (qadın cinsli) qabırğaların, bazu sümüyünün və mil bilək sümüyünün çoxsaylı sınıqları, 1991-ci il təvəllüdlü şəxsə (qadın cinsli) travmatik və hipovolmik şok, dəqiqləşdirilməmiş komatoz vəziyyət diaqnozu təyin olunub.
Vəziyyətləri orta ağır qiymətləndirilən hər iki şəxsə zəruri tibbi xidmətlər göstərildikdən sonra onlar özəl tibb müəssisəsinə təxliyə olunub.
Zəruri tibbi müdaxilələrə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq 1991-ci il təvəllüdlü şəxsin ölüm faktı qeydə alınıb.