EN

“Qarabağ” klubu dünya reytinqində daha üç pillə geriləyib

“Qarabağ” klubu dünya reytinqində daha üç pillə geriləyib.

“Report”un məlumatına görə, Azərbaycan çempionu Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının tərtib etdiyi siyahıda 137,25 xalla 134-cü sıradadır.

“Zirə” (84,75) 42 pillə itirərək 274-cü mövqeyə düşüb.

”Araz-Naxçıvan” (70.25) 76 sıra irəliləyərək 363-cü, “Sabah” (86) 49 pillə artıraraq 264-cü olub.

Qeyd edək ki, 501 klubun olduğu siyahının ilk pilləsində İspaniya təmsilçisi “Real” (520) qərarlaşıb.

Chosen
49
25
report.az

10Sources