Yannik Sinner Uimbldon çempionluğundan sonra ilk matçına çıxıb.

Offsideplus.az xəbər verir ki, italiyalı raket Sinsinnati turnirində iştirak edir.

O, ilk görüşündə çətinlik çəkmədən qələbə qazanıb. Kolumbiyalı Daniel Elai Qalanla görüşdə rəqibinə cəmi 2 xal verib - 6:1, 6:1.

ATP 4 nömrəsi ABŞ-lı Teylor Frits isə həmyerlisi Emilio Navanı məğlubiyyətə uğradıb - 6:4, 6:4.

Sinner 3-cü turda kanadalı Qabriel Diallo ilə qarşılaşacaq. Frits isə Lorentso Soneqo ilə üz-üzə gələcək.

Turnirin əsas favoritlərindən biri olan Karlos Alkaras isə 2-ci tur görüşünü bu gün keçiriəcək. O, Damir Cumhurla münasibətlərinə aydınlıq gətirəcək.

Turnirə avqustun 17-də yekun vurulacaq.