Olke.az saytından alınan məlumata görə, ain.az bildirir.
Yaponiyanın cənub-qərbindəki Kyushu adasındakı yüksək aktivlikdə olan Şinmoe dağındakı vulkan havaya üç kilometrdən çox isti kül və tüstü püskürüb.
"Ölkə.az" xəbər verir ki, bu barədə NHK məlumat yayıb.
"Miyazaki prefekturasının Kobayaşi və Takahara şəhərlərinə və Kaqoşima prefekturasının Kirişima şəhərinə böyük miqdarda vulkan külünün yağacağı gözlənilir ", - hesabatda deyilir.
Kanal əlavə edib ki, Yaponiya Meteoroloji Rəsədxanası püskürmə xəbərdarlığını üçüncü səviyyədə saxlayıb və insanları ayıq olmağa çağırıb.
NHK telekanalının məlumatına görə, Şinmoe kraterinin şimal-şərqində 14 km uzunluğunda ərazi kiçik qayalarla və pemza ilə örtülüb və yerli hakimiyyət orqanları lava axını təhlükəsi barədə xəbərdarlıq ediblər.
Hündürlüyü 1400 metrdən çox olan Simmoe vulkanı bu il iyunun sonundan etibarən zəlzələlərlə sarsılır. 2017-ci ilin oktyabrından bəri bir neçə dəfə püskürüb.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.