EN

Xameneinin qəzetindən Zəngəzur dəhlizi razılaşmasına REAKSİYA

İranın ali rəhbəri Əli Xameneinin birbaşa nəzarəti altında fəaliyyət göstərən mühafizəkar “Keyhan” qəzeti Ermənistan və Azərbaycan arasında ABŞ vasitəçiliyi ilə əldə olunmuş Zəngəzur dəhlizi razılaşmasına kəskin reaksiya verib.

Bizim.Media xəbər verir ki, qəzet bu addımı “böyük xəyanət” kimi qiymətləndirərək, İslam Respublikasının bu məsələni cavabsız qoymamasını tələb edib.

“Keyhan” yazır ki, İran öz əlindəki bütün rıçaqlardan istifadə etməlidir və ilk addım kimi Cenevrə və Yamayka konvensiyalarına istinad edərək ABŞ və İsrailə məxsus gəmilərin Hörmüz boğazından keçidinə qadağa qoymalıdır.

Qəzetin mövqeyinə görə, bu addım “Zəngəzur planı”nın qarşısını almaq üçün ən təsirli cavab ola bilər.

Nəşrin baş redaktoru Hüseyn Şəriətmədari isə məsələni daha da sərtləşdirərək bəyan edib: “Hormuz boğazı dərhal bağlansın. ABŞ və İsrailin bölgədəki fəaliyyətlərinə dözümlülük göstərmək milli təhlükəsizlik üçün ölümcül səhv olar.”
 

Tehran rəsmiləri də qəzetin mövqeyini dəstəkləyən bəyanatlar veriblər. İranın xarici siyasət üzrə ali müzakirəçilərindən biri olan Əli Baqeri-Kəni bildirib ki, ölkə bu məsələni diqqətlə izləyir və asanlıqla geri çəkilməyəcək:


“Dünya da bu kimi məsələlər qarşısında susmayacaq.”

Bizim.Media

Chosen
58
2
bizim.media

10Sources