EN

Minlərlə israilli Qəzzanın işğalına qarşı aksiyaya qoşuldu

İsrailin baş naziri Benyamin Netanyahunun Qəzza zolağına nəzarəti bərqərar etmək qərarı fonunda minlərlə insan Təl-Əviv və İsrailin digər şəhərlərində etiraz aksiyası keçirib.

 

Bu barədə “Times of Israel” qəzeti məlumat yayıb.

 

"İsrail Qəzzanı ələ keçirmək üçün planlaşdırdığı missiyaya başlamazdan əvvəl minlərlə etirazçı şənbə gecəsi Təl-Əvivdə və bütün İsrail şəhərlərində toplaşaraq, girovlarla bağlı razılaşma və atəşkəsə çağırıb. Girovların ailələri, yaxınları üçün ölüm hökmü anlamına gələcəyini xəbərdar etdikləri plana qarşı ümumi tətilə çağırıblar.", - məlumatda deyilir.

 

Qəzetin yazdığına görə, bu, İsraildə son ayların ən böyük etiraz aksiyasıdır.

 

Təl-Əvivdə azı on min insan toplaşıb. Qəzet bildirir ki, etirazlar ölkənin onlarla başqa şəhərində də keçirilir.

 

APA

Tarix: 10 Avqust 2025, 07:52   
Chosen
86
6
pravda.az

8Sources