EN

Bu gün 900-dən çox namizədin rezidenturaya qəbul imtahanının 2-ci mərhələsində iştirak edəcəyi gözlənilir

Bakı. Trend:

Bu gün Bakı və Naxçıvan şəhərlərində rezidenturaya qəbulimtahanının 2-ci mərhələsi keçiriləcək.

Dövlət İmtahan Mərkəzindən Trend-ə bildirilib ki, imtahan Bakı şəhərində 4,Naxçıvan şəhərində 1 binada təşkil olunacaq və saat 10:00-dabaşlanacaq. Saat 09:45-də buraxılış rejimi başa çatacaq və bundansonra gələn iştirakçılar imtahan binasına buraxılmayacaq. İmtahan 2saat 30 dəqiqə davam edəcək.

Namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədinəslini və imtahana buraxılış vərəqəsini mütləq gətirməlidir.Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlərarasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq.

Kütləviliyin qarşısının alınması məqsədilə imtahan binasınamüxtəlif daxilolma vaxtları müəyyən edilib və buraxılış vərəqəsindəhəmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılışvərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

Rezidenturaya qəbul imtahanının 2-ci mərhələsində iştirak etməküçün 905 nəfər qeydiyyatdan keçib. Onlardan 336 nəfəri oğlan, 569nəfəri qızdır. 739 namizəd Azərbaycan bölməsinin, 169 namizəd rusbölməsinin, 373 namizəd cari ilin, 532 namizəd isə əvvəlki illərinməzunudur. 2 nəfər xarici ölkə vətəndaşıdır. Bakı şəhərində 879,Naxçıvan şəhərində isə 26 namizədin imtahan verəcəyigözlənilir.

İmtahanın idarə olunması üçün 5 ümumi imtahan rəhbəri, 11imtahan rəhbəri, 81 zal nəzarətçisi, 12 buraxılış rejimi (mühafizə)əməkdaşı ayrılıb.

Chosen
72
41
az.trend.az

10Sources