EN

PSJ-də yeni qapıçı

PSJ “Lill”in qapıçısı Luka Şevalyenin keçidini rəsmiləşdirib.

90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, 23 yaşlı qolkiperlə 2030-cu ilədək nəzərdə tutulan müqavilə imzalanıb. Fransalı oyunçu Paris klubunda 30 nömrəli formanı geyinəcək.

Şevalyenin keçidi Fransa nəhənginə 40 milyon avroya başa gəlib.

“Uşaqlıqdan ən yüksək səviyyədə oynamağı xəyal edirdim. Prezident Nasser Əl-Xelayifi, Luis Kamposu, baş məşqçi Luis Enrikenin başçılıq etdiyi məşqçilər heyətini və bu transfer üçün çalışan hər kəsi təşəkkürlə yad edirəm. Burada olduğum üçün çox xoşbəxtəm. Bu formanı ehtiras və ambisiya ilə daşıyacağam,” – deyə Şevalye bildirib.

Qeyd edək ki, “PSJ”nin idman direktoru Luis Kampos yaxın vaxtlarda əsas qapıçı Canluici Donnarummanı satmağı planlaşdırır. Komandanın heyətində həmçinin rusiyalı qapıçı Matvey Safonov da çıxış edir.

Ötən mövsüm Şevalye Liqa 1-də 34 oyun keçirib, onlardan 11-də qapısını toxunulmaz saxlayıb. Çempionlar Liqasında isə 10 görüşdə 13 qol buraxıb. Transfermarkt məlumatına görə, onun bazar dəyəri 35 milyon avrodur.

Chosen
137
12
90deqiqe.az

10Sources