EN

İsaak Hersoq Azərbaycan və Ermənistanı təbrik edib

İsrail Prezidenti İsaak Hersoq Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanı təbrik edib.

Operativ Media xəbər verir ki, bu barədə onun "X" hesabında paylaşım edilib:

“Vaşinqtonda Donald Trampın himayəsi altında Azərbaycan və Ermənistan arasında tarixi sazişin imzalanmasını görəndə dərindən təsirləndim. Ümid edirəm və dua edirəm ki, biz sizin rəhbərliyiniz altında dünyada, hər şeydən əvvəl Qəzzada HƏMAS-ın əli ilə girovlarımızın keçdikləri cəhənnəmdən təcili geri qaytarılması kimi daha çox tarixi nailiyyətlər görəcəyik. Prezident İlham Əliyevi və baş nazir Nikol Paşinyanı liderliyinə görə, Azərbaycan və Ermənistan xalqlarını təbrik edirəm. Onlar sülh, əmin-amanlıq və firavanlıq içində yaşasınlar”..

Chosen
25
39
operativmedia.az

10Sources