EN

Azərbaycan və Ermənistan arasında tarixi razılaşma regionun inkişafı üçün yeni imkanlara yol açır - Gürcüstan XİN

Bakı. Trend:

Gürcüstan Xarici İşlər Nazirliyi (XİN) Amerika BirləşmişŞtatlarının Prezidenti Donald Trampın vasitəçiliyi ilə Azərbaycandövlətinin başçısı İlham Əliyev və Ermənistanın Baş naziri NikolPaşinyan arasında “Azərbaycan Respublikası ilə ErmənistanRespublikası arasında sülhün və dövlətlərarası münasibətlərinbərqərar olması haqqında” tarixi razılaşmanı alqışlayır.

Trend xəbər verir ki, bubarədə Gürcüstan XİN-nin yaydığı bəyanatda deyilir.

Bildirilir ki, bu tarixi saziş Cənubi Qafqaz regionunda davamlısülhün bərqərar olması istiqamətində mühüm addımdır və regionunuzunmüddətli və sabit inkişafı üçün yeni imkanlara yol açır.

Gürcüstan Cənubi Qafqazda sülhün möhkəmləndirilməsinə,regionunun sabitliyinə və rifahına yönələcək əməkdaşlığıngücləndirilməsini qətiyyətlə dəstəkləyir.

“Biz Cənubi Qafqazda onilliklərlə davam edən münaqişəyə sonqoymaqda Amerika Birləşmiş Ştatlarının və Prezident Donald Trampınmüstəsna töhfəsini və səylərini alqışlayırıq. Ümid edirik ki, butarixi hadisə Qara dəniz regionunda və bütövlükdə dünyadamünaqişələrin sülh yolu ilə həlli baxımından zəncirvari reaksiyaverəcək”, – deyə bəyanatda bildirilir.

Chosen
37
5
az.trend.az

2Sources