Şimali Atlantika Alyansı (NATO) Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin paraflanmasını alqışlayır.
Bizim.Media xəbər verir ki, bu barədə NATO-nun sözçüsü Allison Hart sosial şəbəkələrdə yazıb.
MÖVZU İLƏ BAĞLI:
Əliyev-Tramp-Paşinyan görüşü dünya mediasının DİQQƏT MƏRKƏZİNDƏ – FOTO
“Biz Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olması istiqamətində əldə olunan irəliləyişi alqışlayırıq və sülhün əldə edilməsinə verdiyi töhfəyə görə ABŞ Prezidenti Donald Trampa təşəkkür edirik”, - o bildirib.
Hartın sözlərinə görə, bu, münasibətlərin normallaşması prosesində irəliyə doğru atılmış mühüm addımdır, eyni zamanda ümumilikdə regional təhlükəsizlik üçün böyük töhfədir.
Qeyd edək ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri avqustun 8-də Vaşinqtonda “Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında” Sazişi paraflayıblar.
Bizim.Media