EN

Tramp daha bir ölkənin prezidentini Vaşinqtona dəvət etdi

ABŞ Prezidenti Donald Tramp Polşanın yeni Prezidenti  Karol Navroçkini sentyabrın əvvəlində Vaşinqtona dəvət edib.

"Cebheinfo.az" “Qafqazinfo”-ya istinadən  xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb. 

“Ağ Ev rəhbəri andiçmə günü ilə bağlı göndərdiyi rəsmi salamlama məktubunda Polşa Prezidenti Karol Navroçkini 2025-ci il sentyabrın 3-də Ağ Evə rəsmi işgüzar görüşə dəvət edib”,deyə məlumatda bildirilir. 

Qeyd edək ki, bu, Karol Navroçkinin ABŞ-a son vaxtlarda etdiyi ilk səfər deyil. O, mayın əvvəlində Vaşinqtona səfər edib, burada ABŞ Prezidenti Donald Tramp və Dövlət katibi Marko Rubio ilə görüşüb.

"Cebheinfo.az"

Chosen
70
10
cebheinfo.az

5Sources