Ələt-Astara yolu açılıb.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə, Ələt-Astara magistralının Biləsuvar rayonu ərazisindən keçən hissəsində yanan "Mercedes" markalı nəqliyyat vasitəsi söndürülüb.
Yolda hərəkət bərpa edilib.
***
13:16
Yeni Ələt–Astara yolu bağlanıb.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə magistralın Biləsuvar rayonundan keçən hissəsində avtomobilin yanması səbəbindən hazırda yolun bir istiqamətində nəqliyyat vasitələrinin hərəkəti tamamilə dayandırılıb.
"Cebheinfo.az"