EN

"Məni tez-tez televiziya verilişlərinə çağırırdılar, vallah başa düşmürdüm ki, niyə çağırırlar?"

"Nə sahəsində çalışırsan çalış o sənətə sevgi olmalıdır. O sənəti mükəmməl öyrənməlisən. Bir çoxları düşünür ki, Hacı pul qazanır, mən də gedib saatsazlığlı öyrənim, pul qazanım. Sənəti sevmək lazımdır. Bu sənət mənim uşaqlıq yaşlarımdan içimdən gəlib. Zorla saatsaz olmaq olmaz. Məni tez-tez televiziya verilişlərinə çağırırdılar, vallah başa düşmürdüm ki, niyə çağırırlar? Sonra bu yaxınlarda başa düşdüm ki, Azərbaycanda ən tanınmış saatsaz, saat ustasıyam. Adam var tiktoka çıxır, saat alveri edir, gedib saatsaz yerinə onu çəkirlər. Bir yoxla görək kimdir o? Ömür boyu toylarda qoşanağara çalıb. İndi durub onu efirlərə dəvət edirlər. Mən 16 yaşından saatsaz olmuşam, 45 ildən çoxdur. Ölkə başçısı ilə belə görüşmüşəm. Savadlı usta olsaydı gedib ondan müsahibə alardılar? Haqqımda sənədli filmlər, xüsusi reportajlar çəkilib, Türkiyə televiziyaları belə məndən danışıb"
 
Bunu Moderator.az-a açıqlamasında tanınmış saatsaz Hacı Fətəliyev deyib.
O daha sonra uzun müddətdir hazırladığı və dünyada yeganə tərsinə işləyən saatdan danışıb. O bildirib ki, hələ də həmin saata patent ala bilməyib:
 
"O saatı mən o vaxt bilirsiniz niyə hazırladım? Sumqayıtda işləyirdim. Bakıya gələndə gördüm ki, buranın saatsazları mənə paxıllıq edirlər. Onlara dedim ki, mən hazırladığım saatları siz də bacarıb düzəltsəz, mən saatsazlığı atacam. Başladım o tərsinə işləyən saatı düzəltməyə. O qədər saat təmiri ilə bağlı işim olur ki, vaxt tapıb ona patent ala bilmərəm. Həm də onun yolunu bilmirəm. Bu işdə mənə kömək edən bir şəxs lazımdır. İşlərim çox olur. Mən saatları elə səliqəli düzəldirəm ki, zavod istehsalından geri qalmır. Dünyada elə bir saat yoxdur ki, onu mən düzəldə bilməyim. Hamı bilir də kimin yanına getmək lazımdır" deyə saatsaz bildirib.
Chosen
162
19
moderator.az

10Sources