“Mançester Yunayted” heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolpress.az xəbər verir ki, “qırmızı şeytanlar” “Leypsiq”dən Benyamin Şeşkonu transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Sloveniyalı futbolçu ilə 5 illik müqavilə imzalanıb.
“Mançester Yunayted” Şeşko üçün 85 milyon avro ödəyəcək.