EN

Göyçayda zəlzələ baş verib

İsmayıllı stansiyasından 35 kilometr cənub-qərbdə – Göyçay rayonunda zəlzələ qeydə alınıb.

Doğru.az xəbər verir ki, Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, yerli vaxtla saat 11:03-də baş verən təkanların maqnitudası 4 olub.

Ocağı 16 kilometr dərinlikdə yerləşən zəlzələ episentrdə – Göyçay rayonunda 4 bala yaxın, Qəbələ, Ağdaş və ətraf məntəqələrdə isə 3 bala qədər hiss olunub.

DOĞRU.AZ

Chosen
14
22
dogru.az

10Sources