EN

Zelenski: Rusiya ilə ərazi mübadiləsi  sülh əleyhinə qərarlardır

ABŞ prezidenti Donald Trampın sülh sazişinin bir hissəsi olaraq “hər iki tərəfin maraqlarına uyğun ərazilərin mübadiləsinin” olması barədə bəyanatına cavab olaraq  deyə bilrərəm ki, bunun cavabı Konstitusiyada əksini tapıb.

Ölkə.az xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski “ərazi mübadiləsi” ilə bağlı məsələyə aydınlıq gətirərkən deyib.
"Heç kim bundan geri çəkilməyəcək və geri çəkilə bilməyəcək. Ukraynalılar öz torpaqlarını işğalçıya verməyəcəklər", - Zelenski Telegram kanalında bildirib.
Zelenski qeyd edib ki, Ukrayna sülh gətirə biləcək “real həll yollarına” hazırdır. Bununla belə, Ukrayna prezidenti hesab edir ki, “Ukrayna əleyhinə və Ukraynasız” qərarlar “sülh əleyhinə” qərarlardır.

"Onlar heç nə verməyəcəklər. Bunlar ölü həll yollarıdır və heç vaxt işləməyəcək. Bizim hamımıza insanların hörmət edəcəyi real sülh lazımdır. Biz Trampla, bütün tərəfdaşlarla birlikdə Moskvanın istəkləri üzündən dağılmayacaq real və  uzunmüddətli sülh üçün işləməyə hazırıq", - Zelenski bəyan edib.

Qeyd edək ki, “The Wall Street Journal” (WSJ) Avropa və Ukrayna rəsmilərinə istinadən yazıb ki,  Putin Tramp administrasiyasına Ukraynada Kiyevdən əhəmiyyətli ərazi güzəştləri tələb edən atəşkəs təklifini təqdim edib.
Bildirilir ki, Putin bu təklifi Moskvada ABŞ-ın xüsusi nümayəndəsi Stiv Uitkoffa çatdırıb və təklifin təfərrüatları ilə bağlı əlavə aydınlıq əldə etmək üçün diplomatik səs-küyə səbəb olub.
Mürtəza

Chosen
81
50
olke.az

10Sources