EN

Sakinləri bezdirən vəziyyət: "Gecə 1-dən sonra yaşaya bilmirik" – VİDEO

Abşeron rayonunun Novxanı kəndinin Salatın Əsgərova küçəsində yaşayan sakinlər ərazidə yerləşən fermanın fəaliyyətindən narazılıq edirlər.

Bizim.Media xəbər verir ki, sakinlərin sözlərinə görə, milçək, pis qoxu səbəbindən evlərində rahat yaşaya bilmirlər.

"Gecə saat 1-dən sonra qoxuya dözmək olmur. Aidiyyəti qurumlardan gəlirlər, baxıb gedirlər.
 

Köçüb gedək buradan?! Milçəklərin əlindən evə girə bilmirik, uşaqları qotur tutub. Bura yaşayış yeridir. Niyə ferma tikilməsinə icazə verilir?", - deyə sakinlər şikayətlərini bildiriblər.


Ətraflı Baku TV-nin süjetində:


Bizim.Media

Chosen
90
2
bizim.media

3Sources