EN

Prezident: Ermənistan Konstitusiyasında dəyişiklik edəndən sonra Sülh Sazişi istənilən vaxt imzalana bilər

Apa.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

"Bu gün Ağ Evdə paraflanan Sülh Sazişi əminəm ki, artıq bölgəyə sülh gətirib".

APA xəbər verir ki, bunu Prezident İlham Əliyev ABŞ səfərinin nəticələri ilə bağlı mediaya müsahibəsində deyib.

Dövlət başçısı bildirib ki, Ermənistanın ev tapşırıqları da var: “Bildiyiniz kimi, onların Konstitusiyasında Azərbaycana qarşı olan ərazi iddiası məsələsi imkan vermədi ki, bu gün Sülh Sazişi imzalansın. Amma bu dəyişikliklər ediləndən sonra Sülh Sazişi istənilən vaxtda imzalana bilər”.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
10
5
apa.az

6Sources