EN

Fransa Ermənistan və Bakı tərəfindən verilən Minsk Qrupunun strukturlarının ləğvinə dair çağırışa qoşuldu

BAKI, 9 avqust. TELEQRAF

Fransa Azərbaycan və Ermənistanın ATƏT-in Minsk Qrupunun buraxılması ilə bağlı birgə müraciətini dəstəkləyir.

Teleqraf xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Fransa XİN bildirib ki, Paris, Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında Bakı-İrəvan münasibətlərinin normallaşdırılmasına dair əldə olunan razılaşmanı müsbət qarşılayır.

"ABŞ-nin vasitəçiliyi ilə əldə olunan bu nəticə irəliyə atılmış mühüm addımdır. Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin tezliklə imzalanması və ratifikasiyası prosesi tamamlayacaq. Fransa həmçinin tərəflərin ATƏT-in Minsk Qrupu strukturlarının ləğvinə dair birgə müraciətini də dəstəkləyir",- məlumatda deyilir.

Chosen
7
teleqraf.com

1Sources