EN

“Barselona”da ciddi itki – Levandovski zədələndi

İspaniyanın "Barselona" klubunun heyətində ciddi itki baş verib.

Bizim.Media xəbər verir ki, La Liqa çempionunun hücumçusu Robert Levandovski sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
 

Polşalı forvard məşq zamanı sol ayaq əzələsindən zədə alıb. 36 yaşlı futbolçunun yaşıl meydanlara qayıdış müddəti müalicə prosesindən asılı olacaq.


Qeyd edək ki, "Barselona" Robert Levandovskini 2022-ci ilin yayında "Borussiya"dan transfer edib. Polşa millisinin üzvü ötən mövsüm Kataloniya təmsilçisinin heyətində meydana çıxdığı 52 rəsmi matçda 42 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

Chosen
14
bizim.media

1Sources