"Sizə təşəkkür edirəm ki, illər öncə Azərbaycana tətbiq edilən 907-ci düzəliş bu gün ləğv olundu. Bu gün həqiqətən Azərbaycan xalqının yaddaşında həkk olunacaq".
Far.Az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Tramp və Ermənistan Baş naziri Nikol Paşinyanla Vaşinqtonda birgə bəyanatlar zamanı deyib.
"Bu gün tarixi gündür. Bu gün bir çox divarları rədd edəcək və rifaha yol açacaq. Tramp Qafqaza sülh gətirdi".