EN

Tramp: ABŞ və Azərbaycan arasında neft-qaz və müdafiə sahəsində böyük işlər görülüb

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda Azərbaycan və Ermənistan liderləri ilə keçirilən üçtərəfli görüşdə bildirib ki, ABŞ və Azərbaycan arasında neft-qaz sahəsində illərdir böyük işlər görülür.

APA-nın məlumatına görə, Tramp əlavə edib ki, eyni zamanda iki ölkə müdafiə sahəsində də sıx əməkdaşlıq edir:

“Prezident olaraq mənim əsas istəyim bölgədə və ümumilikdə dünyada sülhün təmin olunmasıdır.”
Chosen
84
1
sherg.az

2Sources