“Qarabağ”ın Çempionlar Liqasının III təsnifat mərhələsindəki rəqibi “Şkendiya” Şimali Makedoniya çempionatında ilk oyuna çıxıb.
Futbolpress.az xəbər verir ki, sözügedən komanda “Şkupi” ilə qarşılaşıb. Matç “Şkendiya”nın qələbəsiylə başa çatıb – 5:1.
“Qarabağ” ilk matçda Skopyedə “Şkendiya”nı məğlub edib – 1:0. Komandalar arasındakı cavab oyunu avqustun 12-də Bakıda olacaq.