EN

Doğmalarının məzarını ziyarət edən şəxs yanğına səbəb oldu

Avqustun 8-də Xocavənd rayonunun Əmirallar kəndi ərazisindəki qəbiristanlıqda yanğın törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən edilib.

Bu barədə Axar.az-a DİN Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib.

Məlumata görə, araşdırmalarla yanğının rayon sakini 1990-cı il təvəllüdlü Səxavət Məmmədov tərəfindən qəbiristanlıqda doğmalarının məzarını ziyarət edərkən odla ehtiyatsız davranması nəticəsində baş verdiyi müəyyən edilib.

Hadisə nəticəsində təxminən 5 hektar sahədə kol-kos yanıb və bir neçə məzara ziyan dəyib. S.Məmmədov məsuliyyətə cəlb olunub.

FHN və DİN bir daha diqqətə çatdırır ki, açıq ərazilərdə ocaq qalamaq və ya tüstülənməyə səbəb ola biləcək hərəkətlərə yol vermək, xüsusilə də yay mövsümündə ciddi ekoloji və təhlükəsizlik riskləri yaradır. Bir anlıq məsuliyyətsizlik hektarlarla sahəni məhv edə, təbiətə, kənd təsərrüfatına və insanlara böyük ziyan vura bilər. Vətəndaşlar bu hallara səbəb olacaq əməllərdən çəkinməli, təhlükəsizlik qaydalarına əməl etməlidir.

Chosen
27
13
axar.az

10Sources