EN

Davide Kalabriya karyerasını Fransa çempionatında davam etdirə bilər

İtaliyalı müdafiəçi Davide Kalabriya Fransa Liqa 1-də çıxış etmək imkanı qazana bilər.

90deqiqe.Az-ın məlumatına görə, “Lill” klubu hazırda azad agent statusunda olan 28 yaşlı futbolçunun xidmətində maraqlıdır.

Fransa təmsilçisi artıq futbolçunun agenti ilə əlaqə saxlayıb.

Ötən mövsüm Kalabriya icarə əsasında “Bolonya”da çıxış edib, 27 oyunda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, 2024/2025 mövsümünü “Lill” Fransa çempionatının turnir cədvəlində 5-ci pillədə başa vurub.

Chosen
37
90deqiqe.az

1Sources