EN

Meksika ABŞ-nin narkotik kartelləri ilə mübarizəyə hərbi müdaxiləsini istisna edir

Meksika Prezidenti Klaudiya Şeynbaum ABŞ-nin Latın Amerikası narkotik kartellərinə qarşı mümkün hərbi əməliyyatlarının ölkə ərazisinə təsir etməyəcəyini bildirib.

Bakues.az xəbər verir ki, bu barədə o, jurnalistlərə açıqlamasında bildirib.

“Bunun Meksika ərazisi ilə heç bir əlaqəsi yoxdur. Bu, bizim ərazimizə deyil, onların ölkəsinə aiddir. Biz bunun qəbuledilməz olduğunu, heç bir müqavilədə nəzərdə tutulmadığını və heç vaxt bir variant kimi müzakirə olunmadığını açıqladıq. Bu məsələ nə vaxt qaldırılıbsa, cavabımız həmişə belə olub: “Yox”. Biz başqa yollarla əməkdaşlığa hazırıq, amma belə yox”, – o vurğulayıb.

Bundan əvvəl “The New York Times” qəzeti ABŞ Prezidenti Donald Trampın ABŞ Müdafiə Nazirliyinə ( Pentaqona) Latın Amerikasında narkotik kartellərinə qarşı əməliyyatlar, o cümlədən ölkə hüdudlarından kənarda hərbi güc tətbiqi ilə bağlı əməliyyatlar hazırlamağa çağıran gizli direktiv imzaladığını yazıb.

Chosen
7
1
icma.az

2Sources