Üzüm C, K, B6 vitaminləri, kalium və güclü antioksidantlarla zəngin, ürək sağlamlığını dəstəkləyən və immuniteti gücləndirən təbii meyvədir.
News24.az xəbər verir ki, yüksək su tərkibi ilə enerji verir, amma diabet və çəki problemi olanlar həddindən artıq yeməməlidir. Təzə üzümün bir porsiyası 15-20 ədəd, quru üzüm isə bir xörək qaşığı olmalıdır.
Proteinlə birlikdə yeyildikdə qan şəkərini tarazlaşdırmağa kömək edir. Ən faydalısı üzümü təbii və ölçülü şəkildə istehlak etməkdir.
Xeyrənsə Piriyeva