“Real”ın prezidenti Florentino Peres İngiltərənin “Mançester Siti” klubunda çıxış edən yarımmüdafiəçi Rodrini transfer etmək niyyətindədir.
Sportal.az xəbər verir ki, İspaniya mətbuatının yaydığı məlumata görə, Peres bu keçidi reallaşdırmaq üçün şəxsi danışıqlara qatılmağa hazırdır və Rodrini “Real”ın gələcək layihəsinin əsas hissəsi kimi görür.
Qeyd edək ki, transferin reallaşması üçün “Real”ın rəsmi təklifi və “Mançester Siti”nin mövqeyi hələlik açıqlanmayıb.
saytlarin hazirlanmasi