EN

Daha bir şirkət rəhbərinə “stop” qoyuldu

“Vekolt” MMC-nin rəhbərinə “stop” qoyulub.

Ölkə.az xəbər verir ki, bununla bağlı Bakı Kommersiya Məhkəməsinin hakimi Kənan Hüseynov qətnamə çıxarıb. İş materiallarından aydın olur ki, şirkətin dövlət büdcəsinə 17 954,6 manat borcu olub. Borc ödənilmədiyinə görə Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi məhkəməyə üz tutaraq, borc ödənilədək şirkət rəhbərinə “stop” qoyulmasını xahiş edib.

Qeyd edək ki, “Vekolt” MMC 2024-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 manatdır. Şirkətin qanuni təmsilçisi Mehrabov Orxan Rüstəm oğludur. “Vekolt” MMC-nin hazırda 20 474,55 manat vergi borcu var.(valyuta.az)

Chosen
14
olke.az

1Sources