EN

Rubio Tramp və Putinin görüşə hazır olduğunu açıqlayıb - VİDEO

ABŞ dövlət katibi Rubio prezident Tramp və prezident Putinin görüşə hazır olduqlarını açıqlayıb.

Qaziler.az xəbər verir ki, bu barədə “Strana.ua” məlumat yayıb.

O, görüşün baş tutacağına ümid etdiyini bildirib. Onun fikrincə, ABŞ prezidenti dialoqa hazırdır. Eyni zamanda Rubio vurğulayıb ki, görüşün məzmunlu və səmərəli olması üçün müəyyən irəliləyişlərə nail olmaq lazımdır.

Rubio onu da qeyd edib ki, hazırda Rusiyanın irəli sürdüyü sülh şərtləri ilə Ukraynanın razılaşmağa hazır olduğu şərtlər arasında uçurum var.

QAZİLER.AZ

Chosen
8
qaziler.az

1Sources