Masallıda rayon rəhbərləri tərəfindən şəhidlərə böyük ehtiram var, onların ailələri həmişə diqqət mərkəzində saxlanılır, yarana biləcək hər hansı problemin qabağı vaxtında alınır. Vətən, torpaq uğrunda canında keçərək adını qəhrəmanlıq tariximizə yazan şəhid Rəşad Şahbazov Masallı rayonunun Babaser kəndində boya-başa çatıb. İndi bütün masallılar öz qəhrəman oğlu ilə fəxr edir. Eləcə şəhidin ailəsi lazım olan bütün qayğılarla əhatə olunub. Bu günlər isə rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı sayəsində şəhid ailəsinin fərdi yaşayış evi müasir standartlara uyğun təmir edilib. İndi ailə hər bir şəraiti olan bu yaraşıqlı evdə rahat şəkildə yaşayır.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov idarə, müəssisə və təşkilatların rəhbərləri ilə birlikdə şəhid Rəşad Şahbazovun ailəsinə məxsus olan fərdi yaşayış evində aparılan təmir işləri ilə tanış olmuşlar. Evdə yaradılan şəraiti bəyənən rayon rəhbəri deyib ki, hər bir şəhid xalqımızın qürur yeridir. Şəhidlər ölmür, əbədi yaşayır. Rəşad da belə . Onun adı daimi olaraq yaddaşlarda yaşayacaq. Eyni zamanda şəhid ailələri hər zaman dövlətin diqqət və qayğısı altındadır. Onların sosial-məişət şəraitinin tam qaydaya düşməsi istiqamətində məqsədyönlü addımlar atılıb, bu iş bundan sonra da yüksək səviyyədə davam edəcək.
Şəhidin ailəsi onlara göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya, rayon rəhbərliyinə və qonaqlara dərin razılığını bildirib.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyini üzvü