EN

Şəhidin ailəsinə məxsus fərdi ev təmir olunub

Masallıda rayon rəhbərləri tərəfindən şəhidlərə böyük ehtiram var, onların ailələri həmişə diqqət mərkəzində saxlanılır, yarana biləcək hər hansı problemin qabağı vaxtında alınır. Vətən, torpaq uğrunda canında keçərək  adını qəhrəmanlıq tariximizə yazan şəhid Rəşad Şahbazov Masallı  rayonunun  Babaser kəndində boya-başa çatıb. İndi bütün masallılar öz qəhrəman oğlu ilə fəxr edir. Eləcə  şəhidin ailəsi lazım olan bütün qayğılarla əhatə olunub.  Bu günlər isə   rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı   sayəsində şəhid ailəsinin   fərdi yaşayış evi müasir standartlara uyğun təmir edilib. İndi ailə hər bir  şəraiti olan bu yaraşıqlı evdə rahat şəkildə yaşayır.

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov  idarə, müəssisə və təşkilatların rəhbərləri ilə birlikdə  şəhid Rəşad Şahbazovun ailəsinə məxsus olan fərdi yaşayış evində aparılan təmir işləri ilə tanış olmuşlar. Evdə yaradılan  şəraiti bəyənən rayon rəhbəri  deyib ki, hər bir şəhid xalqımızın qürur yeridir. Şəhidlər ölmür, əbədi yaşayır. Rəşad da belə . Onun adı daimi olaraq yaddaşlarda yaşayacaq. Eyni zamanda şəhid ailələri hər zaman dövlətin diqqət və qayğısı altındadır. Onların sosial-məişət şəraitinin tam qaydaya düşməsi  istiqamətində məqsədyönlü addımlar atılıb, bu iş bundan sonra da  yüksək  səviyyədə davam edəcək.

Şəhidin ailəsi onlara göstərilən  yüksək  diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya, rayon rəhbərliyinə və qonaqlara dərin razılığını bildirib.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyini üzvü

Chosen
8
ikisahil.az

1Sources