EN

Tərtərdə yol-nəqliyyat hadisəsində sürücü, habelə ata və oğlu ölüb - Yenilənib

Tərtərdə ağır yol-nəqliyyat hadisəsi zamanı ölən şəxslərin kimliyi məlum olub...

"Report"un Qarabağ bürosunun əldə etdiyi xəbərə görə, Tərtər şəhər M.Hüseynzadə küçəsindən yaşayan sürücü, 1972-ci il təvəllüdlü Mustafayev Ramin Nurəddin oğlu, sərnişinlər; ata-oğul, 1974-cü il təvəllüdlü Quliyev Həbib İvan oğlu və 1998-ci il təvəllüdlü Quliyev Vidadi Həbib oğlu qəza zamanı hadisə yerində ölüblər.

Faktla bağlı araşdırma aparılır.

***

Tərtərdə 3 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qarabağ bürosunun xəbərinə görə, hadisə Hindarx Borsunlu yolunun Tərtər rayonunu ərazisindən keçən hissəsində qeydə alınıb.

Qəza "OPEL" markalı minik maşını ilə "KamAZ" markalı avtomobillərin toqquşması nəticəsində baş verib. Hadisə nəticəsində minik avtomobilində olan 3 nəfər ölüb.

Faktla bağlı araşdırma başlanıb.

Poliqon.info

Chosen
58
16
poliqon.info

10Sources