“Aston Villa” fransalı müdafiəçisi Luka Dinlə yeni müqavilə imzaladığını rəsmən açıqlayıb.
Sportinfo.az xəbər verir ki, bu barədə İngiltərə klubunun mətbuat xidməti məlumat yayıb.
32 yaşlı futbolçunun əvvəlki müqaviləsinin müddəti 2026-cı ilin iyununda başa çatacaqdı, ancaq yeni razılaşma ilə o, 2028-ci ilin yayına qədər Birmingem təmsilçisinin formasını geyinəcək.
Luka Din 2022-ci ilin yanvarından “Aston Villa”da çıxış edir və bu müddət ərzində 100-dən çox oyunda meydana çıxıb.
Bu ilin iyununda Dinə “Atletiko”nun maraq göstərdiyi bildirilmişdi.