EN

Ağstafada dönərdən zəhərlənmə hadisəsi baş verib - FOTO

Ağstafa rayonunda dönərdən zəhərlənmə faktı qeydə alınıb.
 
Moderator.az xəbər verir ki, 2011-ci il təvəllüdlü Fərid Hüseynov rayon mərkəzində yediyi dönərdən sonra səhhətində problem yaranıb.
 
Azyaşlı dərhal xəstəxanaya çatdırılıb və ona ilkin tibbi yardım göstərilib. Hazırda vəziyyətinin qənaətbəxş olduğu bildirilir.
 
Hadisənin dəqiq səbəblərinin müəyyənləşdirilməsi üçün araşdırma aparılır.
Chosen
28
moderator.az

1Sources