EN

Ağ Ev rəsmisi: SÜLH SAZİŞİ BAĞLANACAQ

Ağ Evin mətbuat katibinin müavini Anna Kelli bildirib ki, ABŞ prezidenti Donald Tramp avqustun 8-də Ağ Evdə Ermənistan və Azərbaycan liderlərini qəbul edəcək. Ulusal.az xəbər verir ki, görüş zamanı Cənubi Qafqazda mühüm tranzit marşrutunun inkişafına imkan yaradacaq sülh sazişinin yekunlaşdırılması planlaşdırılır.

CNN-in məlumatına görə, Kelli marşrutun Trampın adını daşıyacağını və “Tramp Beynəlxalq Sülh və Rifah Route” (TRIPP) adlandırılacağını açıqlayıb. Onun sözlərinə görə, layihə Ermənistanın suverenliyi və ərazi bütövlüyünə hörmətlə, maneəsiz hərəkəti təmin edəcək əsas infrastruktur bağlantısı olacaq.

Layihə Ermənistan Respublikasının qanunvericiliyi çərçivəsində icra ediləcək. Kelli qeyd edib ki, işçi qruplar yaxın aylarda yol xəritəsinin müddəalarının icrasına dərhal başlayacaqlar:

“Sülhə gedən bu yolu açmaqla biz Cənubi Qafqazda ticarət, tranzit və enerji axınları üçün böyük potensialı üzə çıxarırıq.”

Ağ Ev rəsmisi əlavə edib ki, Tramp həm Ermənistan, həm də Azərbaycanla yeni əməkdaşlıq imkanları yaradacaq, eyni zamanda Amerika bizneslərinə fayda verəcək sazişlər imzalayacaq.

Rəsmi məlumata görə, ABŞ qurumlarının tranzit marşrutunun idarə olunması ilə bağlı danışıqlar gələn həftə başlayacaq. Prezident Tramp bu gün danışıqlar qrupunun yaradılması haqqında sərəncam imzalayacaq.

Kelli həmçinin vurğulayıb:

“Dünənki elandan sonra mənə müxtəlif operatorlardan doqquz zəng gəldi. Üç fərqli Amerika operatorunu görmək məni sevindirdi.”

Chosen
29
moderator.az

1Sources