Avqustun 8-də Rusiya Prezidenti Vladimir Putin Çin, Özbəkistan, Qazaxıstan, Belarus və Hindistan liderləri ilə bir sıra telefon danışıqları aparıb. Onlar beynəlxalq təhlükəsizlik, Ukrayna nizamlanması və ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə vedomosti.ru yazıb.
Danışıqlar Putinin ABŞ Prezidenti Donald Trampla gözlənilən görüşünə hazırlıq fonunda keçirilib. Məlumata görə, görüşün avqustun 11-də Romada keçirilməsi təklif olunub. Lakin Rusiya tərəfi Avropa paytaxtlarını bitərəf hesab etmədiyi üçün görüş yeri kimi Romadan imtina edib. Putin özü Birləşmiş Ərəb Əmirliklərini görüş üçün daha münasib yer adlandırıb.